Türk Hava Yollarından ABŞ-a zərbə - Boykota qoşuldu

Hit: 249
Türk Hava Yollarından ABŞ-a zərbə - Boykota qoşuldu

ABŞ mallarına qarşı başladılan boykot kampaniyasına Türk Hava Yolları da qoşulub.

Faktor.Az yenicag.az-a istinadən xəbər verir ki, bu sözləri THY-nin mətbuat katibi Yəhya Üstün deyib. O bildirib ki, THY bundan sonra ABŞ şirkətlərinə reklam verməyəcək.

Yəhya Üstün THY-nin ABŞ-la yaşanan gərginlik məsələsində Türkiyə dövləti və millətinin yanında olduğunu qeyd edib.

Xatırladaq ki, iki ölkə arasında  siyasi gərginlik Türkiyədə həbs edilən amerikalı rahib Endryu Bransona görə başlayıb.









Redaktorun seçimi