Trampın vergi qərarı öz ölkəsini VURDU- Kanada, Meksika və Aİ...

Hit: 531
Trampın vergi qərarı öz ölkəsini VURDU- Kanada, Meksika və Aİ...

ABŞ prezidenti Donald Trampın Çin və Türkiyəyə tətbiq etdiyi əlavə gömrük vergiləri Dünya Ticarət Təşkilatında (DTT) yeni böhrana yol açıb.

Publika.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti yazıb.

Xəbərə görə, Trampın vergilərlə bağlı verdiyi kritik qərarlar ABŞ-ın müttəfiqlərini, siyasətçiləri və sərmayəçiləri narahat edir və Dünya Ticarət Təşkilatında qarışıqlıq yaradır. Tramp polad və aliminium üzərindəki gömrük vergilərini milli təhlküəsizlik və ya ABŞ-ın metal istehsalçılarını qlobal rəqabətdən qurtarmaq üçün tətbiq etdiyini desə də, Kanada, Meksika və Avropa İttifaqı üzvləri onların məhsullarının ABŞ-a təhlükə yaratmadığını bildirir və dolayısı ilə bu təlaşı boş hesab edir.

DTT isə qəbul edəcəyi hər bir qərarın təşkilat daxilində bir problemə yol açacağından çəkinir. Təşkilatda Tramp hökumətinə qarşı alınacaq hər bir qərar ABŞ-ın təşkilatdan ayrılmasına yol aça biləcəyi kimi, Amerikanın lehinə verilən hər bir qərar da təşkilatın digər ölkələr üzərindəki təsirini azalda bilər. Beləliklə, həmin ölkələr DTT-nin qaydalarını pozub öz milli maraqlarını qorumaq strategiyasına keçər.

Qeyd edək ki, ABŞ prezidenti bu il Çin üçün 1000-ə yaxın müxtəlif çeşidli məhsullara 25-50%, Türkiyə üçün isə aliminium və polad məhsullarına 20-50% gömrük vergisi tətbiq etmək qərarı qəbul edib.









Redaktorun seçimi