Qazaxıstanda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb

Hit: 645
Qazaxıstanda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb

14:29

Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə keçirilən Xəzəryanı ölkələrin V sammiti başa çatıb.

Faktor.az Report-a istinadən xəbər verir ki, tədbirin sonunda beş ölkə prezidenti tərəfindən Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb.

Eyni zamanda, Xəzəryanı dövlətlərin xüsusi iqtisadi forumu yaradılacaq. Bunu sammitdə çıxışı zamanı Rusiya prezidenti Vladimir Putin deyib.

"Xəzər İqtsadi Forumunun yaradılmasına dair qəbul olunan qərarlar ölkələrimizin işgüzar cəmiyyətləri arasında əlaqələri möhkəmləndirməyə imkan verəcək", - deyə Rusiya lideri bildirib.

-----------------

13:09

Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə Xəzəryanı ölkələrin V sammiti öz işinə başlayıb.

Faktor.az Report-a istinadən xəbər verir ki, tədbiri giriş nitqi ilə Qazaxıstan prezidenti Nursultan Nazarbayev açıb.

Dövlət başçılarının Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalayacağı gözlənilir.

Azərbaycan Prezidenti İlham Əliyev sammitdə iştirak etmək üçün bu gün Qazaxıstana səfər edib.









Redaktorun seçimi