Trampın Makronla nəyi müzakirə etdiyi açıqlandı

Hit: 387
Trampın Makronla nəyi müzakirə etdiyi açıqlandı

ABŞ Prezidenti Donald Trampla Fransa Prezidenti Emmanuel Makronun telefon danışığında əsas müzakirə mövzusu İran və Yaxın Şərq məsələsi olub.

Axar.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb. Telefon danışığı Makronun təşəbbüsü ilə baş tutub.

Bundan öncə Tramp öz Tvitter səhifəsində Makronla telefon danışığının baş tutduğunu qeyd etsə da, müzakirə mövzusunu açıqlamamışdı.

Xatırladaq ki, ABŞ-ın İrana qarşı sanksiyalarından sonra Fransa İrana ticarət əlaqələrini məhdudlaşdırmağa başlayıb. Sanksiyalardan dərhal sonra Fransa şirkətləri İrandan çıxır. Üstəlik, Paris İrandan neft idxalını da dayandırıb.









Redaktorun seçimi