Dünya İranı qarışdırır, İran - bizi?

217 dəfə oxunub
Dünya İranı qarışdırır, İran - bizi?
 
Sabiq Xarici işlər naziri Tofiq Zülfüqarov Gəncədə baş verənlərlə bağlı maraqlı fikirlər səsləndirib:
 
Faktor.az xəbər verir ki, sosial şəbəkədə yazdığı statusda Tofiq Zülfüqarov Gəncədə baş verən hadisələrlə bağlı maraqlı məsələləri vurğulayıb:
 
 
"Gəncədə faciə baş verib. Vəzifələrini yerinə yetirən polis nəfərləri cinayətkarlar tərəfindən öldürülüb. Gəncə İcra başçısının güllələnməsində olduğu kimi dünən baş verən hadisələrdə də, cinayətkarların ilahiləşdirilməsi prosesi başlayıb. Xüsusən, radikal şiəlik təbliğatının əlamətləri olan "şəhidlər"i məzlumların hüquqlarının müdafiəçisi kimi sırımağa çalışırlar. 
 
Bu ideoloji model İran inqilabı ideologiyasının açıq təzahürüdür. Yəni, "şəhid nümunələri"ndən ilhamlanan məzhəb aşiqləri sadə vətəndaşların hüquqlarını, şərəf və ləyaqətlərini öz məzhəbləri naminə qurban verir. Əminəm ki, istintaq baş verənlərlə bağlı əsl həqiqəti ortaya çıxaracaq. İran rəhbərliyi və oradan idarə olunan xüsusi bir qrup Azərbaycanda sabitliyi pozmaq, süni və şiə qarşıdurması yaratmaq marağındadır. 
 
Heydər Əliyev hakimiyyətə gəldiyi zaman, Azərbaycanla İran arasında bir  "Modos Operendi" (davranış qaydası) tətbiq edildi. Biz İranın daxili işlərinə müdaxilə etmirik. Siz İslam inqilabı ideologiyasını torpaqlarımızda yaymamalısınız. Uzun illərdir bu qayda qüvvədədir, amma İranın siyasi elitasında mehriban qonşuluq, əməkdaşlıq ideyalarını qarşıdurma və düşmənçilik əhval-ruhiyyəsinə kökləyən qüvvələr var. Müstəqilliyimizin müxtəlif illərində İran Azərbaycana qarşı müxtəlif təzyiqlər göstərməyə cəhd etdi. Gəncədə də sübut olundu ki, İranın siyasi qüvvələri ön plana çıxmaqdadır. 
 
Nə baş verir?
 
Aydındır ki, bunun səbəbi tək Azərbaycan deyil. İranın ətrafında vəziyyət gərginləşir. ABŞ-ın bəyanatları nəticəsində İran-İsrail xəttində qarşıdurma təhlükəsi güclənir. Qərbi Avropa ölkələri anti-İran koalisyasına qoşulmağa məcbur qalacaqlar. Bu məsələlərin son nöqtəsi Helsinkidə keçirilən "Trump-Putin" zirvə toplantısında qoyulacaq. Düşünürəm ki, Helsinkidə keçirilən "Trump-Putin" zirvə toplantısından sonra, Rusiyada yürütdüyü siyasətdə anti-İran meylləri qazanacaq.
 
Burda əsas məsələ budur ki, İran rəhbərliyi niyə açıq şəkildə Azərbaycana qarşı bu cür siyasət yürütdü?
İranla azərbaycan arasında münasibətlər gəginləşdiyi təqdirdə Rusiyadan başqa, İrana qarşı olan ölkələrin hamsı Azərbaycana dəstək verəcək. Azərbaycan dəfələrlə ərazisində anti-İran fəaliyyətini dəstəkləməyəcəyini bildirib.
Gəncədə baş verən hadisələrdən sonra iki ölkə arasında yaranmış gərgin münasibətlər düzəlməsə, bəyannaməyə yenidən baxılacaq".
 
Lalə
 


loading...
loading...

Redaktorun seçimi