Türk mətbuatı - “Ərdoğanın yeni sistemdə ilk işi əfsanəvi lider Heydər Əliyevin qəbrini ziyarət oldu”

116 dəfə oxunub
Türk mətbuatı - “Ərdoğanın yeni sistemdə ilk işi əfsanəvi lider Heydər Əliyevin qəbrini ziyarət oldu”
Türkiyə prezidenti Ərdoğan Bakıda rəsmi səfərdədir.

Azərbaycanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.

Faktor.az xəbər verir ki, qardaş Türkiyə mətbuatı Ərdoğanın Heydər Əliyevin məzarına çələng qoymasını “Ərdoğanın yeni sistemdə ilk işi əfsanə liderin qəbrini ziyarət oldu” başlığı ilə paylaşıb.

Sonra Rəcəb Tayyib Ərdoğan Şəhidlər xiyabanını ziyarət edib. Burada onun şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib. Türkiyə Prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

 

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib.


loading...
loading...

Redaktorun seçimi