Prezident müşavirədə əziyyət çəkirdi - Etibar Pirverdiyev isə yalan danışırdı - Hafiz Hacıyev

3224 dəfə oxunub
Prezident müşavirədə əziyyət çəkirdi - Etibar Pirverdiyev isə yalan danışırdı - Hafiz Hacıyev
Azərbaycan prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib. Müşavirədə ölkədə baş verən son hadisələrə görə məsuliyyət daşıyan insanları, prezident ciddi şəkildə tənqid edib. 
 
Faktor.az saytına məsələ ilə bağlı açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki,  ölkədə  yaranmış problemə görə məsuliyyət daşıyan insanların cəzası daha ağır olmalıdır:
 
 
"Mən dəfələrlə bu barədə danışmışam və bu gün də fikrimin üstündə dayanıram. Ölkədə dövlət başçısına yalan məlumatlar verilir. Həmin müşavirədə prezidenti yenə aldatdılar və yalan danışdılar. Baş verən hadisəni prezidentə düzgün şərh etmirlər. Cənab prezident çox ədalətli insandır. Bunu danmaq Allahı danmaq kimi bir şeydi. Müşavirədə prezidentin necə əziyyət çəkdiyini hər bir vətəndaş hiss etməlidir. Düşünürəm ki, Etibar Pirverdiyev kimi insanın yalan danışması, o sahəyə ayrılan pulların mənimsənilməsi barədə, Kəmaləddin Heydərov düzgün vurğuladı ki, o sahəyə ayrılan pullar qanuni şəkildə istifadə olunmayıb. Cənab prezidentin dünənki müşavirədə onlara tutduğu iradlar və tənqidlər çox az idi. Mən istərdim ki, bu məsələyə görə məsuliyyət daşıyan şəxslər həbs edilsin.
Bu, çox ciddi məsələdir. Prezidentin müşavirədə əziyyət çəkməsi, xalqının qarşısında məsuliyyət daşıması göz önündə idi. Lakin onlar yenə də yalan danışdılar. Xəstəxanalarda nə qədər insan həyatını ititrib. Prezidentimiz haqlı iradlar tutdu, lakin mən hər zaman qeyd edirəm ki, ölkə prezidentinə heç bir sahədə dəqiq məlumat verən yoxdur.
Necə ola bilər ki, Azərbaycan elə bir dənə "Mingəçevir SES"-ən asılıdır? Milyardlarla pul ayrılıb. Hanı o pullar? Biz də Azərbaycanda yaşayırıq, biz də dövlət işində çalışmışıq, nazir olmuşuq. Bir şey xarab olduğu zaman, alternativlər olmalıdır. Deməli bu günə qədər danışılanların hması yalan, populizm olubdur. Ona görə ölkənin sistemi yenidən qurulmalıdır. Bu sahə çox əmin əllərə tapşırılmalıdır. Ölkənin enerji məsələsinə çox ciddi yanaşmaq lazımdır. Həmin günlərdə həyat demək olar iflic oldu, neft şirkətlərinə nə qədər ziyan dəydi. Bunların hamsı enerjidən aslı məsələlər idi.
 
Orda onlar yenə nağıl danışmağa çalışdılar. Kəmaləddin müəllim, çox yerində iradını bildirdi və düşünürəm o sahə ciddi şəkildə yenidən araşdırılmalı və qurulmalıdır. Azərbaycanın enerji sitemində yaranmış bu böhranlı vəziyyət bizə dərs olmalıdır. Ölkənin imicinə nə qədər ziyan dəydi. Erməni mətbuatı, politoloqları Azərbaycanın bu sahədə olan zəifliyindən yazdı. Artıq onlar ölkəyə "nəsə edə bilərik" düşüncəsi ilə yaşamağa başlayıb. Hara baxırdı bu məmurlar? Niyə Fövqəladə hallar Nazirliyinin dediyi kimi, onlara verilən təlimatlar yerinə yetirilməyib? Etibar Pirverdiyev bu gün niyə həbsdə olmamalıdır? Üstəlik digərləri də yalan danışır. Hanı metroda milyardlarla pul ayrılmış generatorlar? Niyə Sumqayıt elektrik stansiyasından ora enerji ayrılmayıb? Deməli bu günə kimi ölkə prezidenti aldadılıb və nəticəsi də göz qarşısındadır. Bunları malalamağa dəyməz. Azərbaycanda çox sahə bu vəziyyətdədir. Qonşu ölkənin dövlət başçıları sağ olsun, bizə yardım etdi. Düşünürəm biz hamımız cənab prezidentin arxasında durmalıyıq. Baxmayaraq ki, biz müxalif düşüncəli insanlarıq. Əminəm ki, bu sahədə ciddi tədbirlər görüləcək və çoxunun papağa boş qalacaq". 
 
Lalə 
 


loading...
loading...

Redaktorun seçimi