Ölkədə baş verənlər iki məşhur nazirin sonunu gətirdi - Prezident Əliyev onları işdən çıxardır - VİDEO

22520 dəfə oxunub
Ölkədə baş verənlər iki məşhur nazirin sonunu gətirdi - Prezident Əliyev onları işdən çıxardır - VİDEO

Müşavirədə çıxış edən Prezident İlham Əliyev çətin saatlarda göstərdiyi anlayışa, səbirə və  təlaşa düşmədiyinə  görə Azərbaycan xalqına təşəkkür edib.

Eyni zamanda, İlham Əliyev çətin anda göstərdikləri köməyə görə Rusiya və Gürcüstan hökumətlərinə minnətdarlığını bildirib və qeyd edib ki, Azərbaycan da həmçinin, çətin məqamlarda həmişə öz qonşularının köməyinə çatıb.

Dövlət başçısı əlavə edib ki, elektrik enerjisinin kəsilməsində günahkar olanların hamısı cəzalandırılacaq.

İyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin enerji sistemində yaranmış vəziyyətlə əlaqədar müşavirə çağırıb.

Müşavirədə "Azerenerji”nin başçısı Etibar Pirverdiyev, nazirlər və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Xatırladaq ki, iyulun 3-də gecə Mingəçevir İstilik Elektrik Stansiyasının yarımstansiyalarından birinin transformatorunda, Bakı ilə Gəncə də daxil olmaqla, ölkənin 39 şəhər və rayonuna elektrik enerjisinin verilməsinin dayanmasına səbəb olan qəza baş vermişdi.

Müşavirədə əsas səbəbkarlar  kimi isə “Azərenerji” ASC-nin rəhbəri Etibar Pirverdiyev, Səhiyyə naziri Oqtay Şirəliyevin sözləri kəsilib.

 

 

 



Redaktorun seçimi