Dağlıq Qarabağda rejimin devrilməsi prosesinə başlandı

109 dəfə oxunub
Dağlıq Qarabağda rejimin devrilməsi prosesinə başlandı

İyunun əvvəlində işğal edilmiş Dağlıq Qarabağda güc strukrurları rəhbərlərinin və Qarabağ separatçılarının lideri Bako Saakyanın istefası tələbi ilə genişmiqyaslı etirazlar başlandı.

Faktor.az virtualaz.org-a istinadən bildirir ki,Ermənistanda baş verən uğurlu inqilabdan ruhlanan Qarabağ erməniləri Xankəndidə küçələri bağlamağa başladılar. Ermənistanın yeni baş naziri Nikol Paşinyan, sabiq prezident Levon Ter-Petrosyan və başqa siyasətçilər bu prosesin "DQR"in özünün mövcudluğuna təhlükə yaratdığını əsas gətirərək etiraz edənləri aksiyalara son verməyə çağırdılar.

Etirazlar izsiz keçmədi və işğalçı rejimin başçısı Bako Saakyan 2020-ci ildə "prezident seçkilərində" öz namizədliyini irəli sürməyəcəyi ilə bağlı bəyanatla çıxış etməyə məcbur oldu.

Ancaq etiraz edənlər bununla da sakitləşmədilər, separatçı Qarabağda inqilab davam edir.

"Qafqazskiy uzel" bildirir ki, müxalif "Milli dirçəliş" partiyası Dağlıq Qarabağdakı rayonların sakinlərini Bako Saakyanın istefasına nail olmaq üçün başladıqları prosesə cəlb etmək üçün onlarla silsilə görüşlərə start veriblər.

Partiya üzvləri və onların tərəfdarları iyunun 26-da Martuni (Xocavənd) şəhərinin əhalisi, iyunun 27-də isə Əsgəran icmasının nümayəndələri ilə görüşüblər.

"Bizim əsas məqsədimiz odur ki, Bako Saakyan və onu dəstəkləyən güclər hakimiyyətdə qalmasınlar, çünki əgər bu insanlar 2020-ci ilə qədər hakimiyyətdə qalsalar, 2020-ci ildə normal seçkilərin keçirilməsini təmin edə bilməyəcəklər. Seçkilər əvvələr olduğu kimi təşkil ediləcək. Yəni bizim hədəfimiz odur ki, 2020-ci ildə seçkilər düzgün keçsin, bütün namizədlər və siyasi güclər üçün bərabərlik təmin edilsin", - deyə Qarabağın deputatı Ayk Xanumyan tələb edib.

Politoloq Tiqran Qriqoryan, öz növbəsində, bildirib ki, hakimiyyət Dağlıq Qarabağı mülkiyyətinə çevirib: "Bizdə biznesi yalnız o adamlar inkişaf etdirə bilərlər ki, hakimiyyətə maksimal dərəcədə yaxındırlar... Məsələn, Xankəndidə supermarketlərin böyük şəbəkəsi yaradılıb, hansının ki, sahibləri düzgün olmayan oyun şərtlərindən istifadə etdilər və bu, çoxsaylı orta və kiçik biznes mağazalarının yox olmasına gətirib çıxardı".


loading...
loading...

Redaktorun seçimi