Ərdoğan Azərbaycana nə zaman gələcək? - Təxmini vaxt açıqlandı

156 dəfə oxunub
Ərdoğan Azərbaycana nə zaman gələcək? - Təxmini vaxt açıqlandı

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın  iyulun 10-da Azərbaycana səfəri gözlənilir.

APA-nın "Timetürk"-ə  istinadən verdiyi xəbərə görə, Türkiyə prezidentinin 11-12 iyul tarixlərində Brüsseldə keçiriləcək NATO sammitindən əvvəl Şimali Kiprə səfər edəcəyi planlaşdırılır.

Ərdoğanın "Seçkilərdən sonra ilk səfərimi Azərbaycana edəcəm" sözlərinə istinad edən Türkiyə mətbuatı onun Şimali Kiprdən sonra eyni gündə Azərbaycana səfər edəcəyini ehtimal edir.

Faktor.az



Redaktorun seçimi