Aİ-dən Dağlıq Qarabağ münaqişəsi haqda açıqlama

Hit: 595
Aİ-dən Dağlıq Qarabağ münaqişəsi haqda açıqlama

Həll olunmamış Dağlıq Qarabağ münaqişəsi regionda sabitliyin və rifahın möhkəmlənməsinə əngəl olaraq qalır.

Faktor.az Trend-ə istinadən bildirir ki, bu barədə Avropa İttifaqının saytında yerləşdirilən məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, Aİ həmçinin münaqişə tez bir zamanda beynəlxalq qanunvericiliyin norma və prinsiplərinə tam uyğun olaraq öz həllini tələb edir.

"2003-cü ildən Aİ-nin xüsusi nümayəndəsi ittifaq və region ölkələri arasında dialoq yaratmaq və region ölkələrinə qarşı Aİ-nin siyasətinin hazırlanmasına hərtərəfli kömək etmək üçün işləyir. Aİ həmçinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vasitəsi ilə Minsk Qrupunun sədr ölkələrinin (Fransa, Rusiya, ABŞ) münaqişənin həllinə yönəlmiş səylərini dəstəkləyir və tamamlayır".









Redaktorun seçimi