Həmsədrlər Ermənistan səfəri barədə bəyanat yaydılar

Hit: 392
Həmsədrlər Ermənistan səfəri barədə bəyanat yaydılar
Ermənistanın rəsmi şəxsləri ATƏT-in Minsk qrupunun həmsədrlərinin və şəxsi nümayəndəsinin işini dəstəkləməyə hazır olduqlarını bildiriblər. İyunun 12-14-də Ermənistanda səfərdə olan həmsədrlər xarici işlər naziri Zohrab Mnatsakanyan, baş nazir Nikol Paşinyan, müdafiə naziri David Tonoyan və Ermənistan prezidenti Armen Sarkisyanla görüşüblər. "Həmsədrlər və Ermənistanın rəsmi şəxsləri danışıqlar prosesini nəzərdən keçirib və nazirlərin görüşü də daxil olmaqla, prosesin irəliləməsi üçün atılacaq növbəti addımları müzakirə ediblər. Tərəflər Ermənistan və Azərbaycan sərhədində, həmçinin təmas xəttində vəziyyətə dair fikir mübadiləsi aparıb, konstruktiv mühitin qorunmasının vacibliyini vurğulayıblar. Ermənistanın rəsmi şəxsləri ATƏT-in Minsk qrupunun həmsədrlərinin və şəxsi nümayəndəsinin işini dəstəkləməyə hazır olduqlarını və həmsədrlərin himayəsi altında səmərəli fəaliyyətin davam etdirilməsinə hazır olduqlarını bildirdilər" – deyə bəyanatda bildirilir. Bəsti İsrafilova Faktor.az








Redaktorun seçimi