Naxçıvanda şok olaylar baş verir - Erməni tərəfi görüş üçün yalvarır, rədd edirik - VİDEO

Hit: 11268
Naxçıvanda şok olaylar baş verir - Erməni tərəfi görüş üçün yalvarır, rədd edirik - VİDEO

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun birləşmələrinin may ayında mövqelərini irəli çəkərək 11 min hektara yaxın ərazini, o cümlədən Şərur rayonunun 1992-ci ildən düşmən nəzarətində olan Günnüt kəndini nəzarət altına alması barədə dünən yaydığı rəsmi məlumatdan sonra Ermənistan tərəfi yeni iddia ilə çıxış edib.

Faktor.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan Günnüt kəndinin sakinlərinin 26 il sonra öz kəndlərinə qayıdıb yaxınlarının məzarlarını ziyarət etməsinin onların icazəsi ilə baş verdiyini iddia edib.

O bildirib ki, iyunun 6-da və 7-də Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrinin komandanlığına müraciət edərək, Günnüt kəndinin sakinlərinin yaxınlarının məzarlarını ziyarət etməsinə “mane olmamağı” istəyib. Ermənilərin isə Azərbaycan tərəfdən ilk dəfə belə müraciət aldığını əsas gətirərək, humanitar normalara əsasən, müraciəti qəbul edib. Günnütün işğaldan azad olunması kadrlarını isə həmin sözlərinə calayıb və Azərbaycanın təbliğat işi ilə məşğul olduğunu iddia edib.

Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri ilk dəfə deyil bu cür absurd bəyanatlarla çıxış edir:

“Onun yaydığı məlumatın heç bir əsası yoxdur, uydurmadır və erməni ictimaiyyətini aldatmağa yönəlib. Biz bütün Azərbaycanı düşmənin bu təxribatına əhəmiyyət verməməyə çağırırıq”.

Ermənilərin özləri də Azərbaycan ordusunun mövqelərini 4-5 kilometr irəli çəkərək strateji əhəmiyyətli “Qızılqaya” yüksəkliyi də daxil olmaqla 4 yüksəkliyi tutduğunu etiraf edib. Nəticədə Günnüt kəndi atəş altından çıxarılıb. O cümlədən, Yerevan-Gorus-Laçın yoluna nəzarət etmək imkanı yaranıb.









Redaktorun seçimi