Naxçıvanda kəndi aldıq deyə - İrəvan isterikaya düşdü, gecədən paytaxt çalxalanır

Hit: 6109
Naxçıvanda kəndi aldıq deyə - İrəvan isterikaya düşdü, gecədən paytaxt çalxalanır

Naxçıvan Muxtar Respublikanda yerləşən 11 min hektar ərazi və Günnüt kəndinin azad edilməsi rəsmən təsdiqlənib.

Faktor.az xəbər verir ki, Lələtəpədən sonra bu ərazilərin də azad edilməsi növbəti qələbələrimizə açılan yol deməkdir. 4 günlük müharibədə Dağlıq Qarabağda düşmənin müdafiə xəttinin bir gecədə ordumuz tərəfindən keçilməsi, daha sonra Ermənistanın tez-tələsik BMT-yə Azərbaycanla bağlı şikayət etməsi (Birinci Qarabağ savaşında adətən, Azərbaycan Ermənistanla bağlı beynəlxalq təşkilatlara şikayətlər göndərirdi), İrəvan küçələrində anti-Rusiya isteriyasının baş alıb getməsi, Rusiyanın Azərbaycana təzyiqi - bütün bunlar 1991-1994-cü illərdən sonra Azərbaycan silahının Qarabağ cəbhəsində lokal səviyyədə də olsa ilk qələbəsini göstərdi.

İrəvana gedən yolda azad edilən strateji ərazi Azərbaycanın Ermənistan üzərində Naxçıvan cəbhəsində qələbəsi ilə bitdi. Azərbaycan həm Qarabağ, həm də Naxçıvan cəbhələrində irimiqyaslı hərbi əməliyyatlara tam hazır olmalıdır və başlamalıdır.

İkinci Qarabağ savaşı çox da uzaqlarda deyil. Azərbaycanın revanş müharibəsi sadəcə, Qarabağ ərazisi ilə kifayətlənməməli, həm də Ermənistanın fəlakəti ilə nəticələlənməlidir. Beləliklə, bu münaqişə həmişəlik bitməlidir.

Banu//Faktor.az









Redaktorun seçimi