Erməni həyasızlığı zirvəyə çıxdı - "Qarabağa görə günah Azərbaycandadır"

Hit: 642
Erməni həyasızlığı zirvəyə çıxdı - "Qarabağa görə günah Azərbaycandadır"
"Dağlıq Qarabağın təhlükəsizliyi və statusu Ermənistan üçün ən önəmli məsələdir".

Faktor.az xəbər verir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Zohrab Mnaçakanyan Rusiya mətbuatına verdiyi müsahibədə deyib.
 
O, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin bu qədər uzanmağında Azərbaycanı günahlandırıb.
 
"Bizə Dağlıq Qarabağın təhlükəsizliyi, sülh şəraitində yaşayan region lazımdır. Amma bu sülh burdakı insanların təhlükəsizliyini riskə atmamalıdır. Yəni bütün bunlara əməl olunarsa, biz sülhün bərpasına razıyıq".
 
Həmçinin Mnaçakanyan Azərbaycanın Ermənistanı blokadada saxladığını bildirib.
 
Banu//Faktor.az








Redaktorun seçimi