Rusiyanın Azərbaycandakı yeni səfiri bu gün - Bakıya gəlir

Hit: 289
Rusiyanın Azərbaycandakı yeni səfiri bu gün - Bakıya gəlir

Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikov bu gün Bakıya gəlir.

Fakor.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin M.Boçarnikovu bu il mayın 29-da Azərbaycana səfir vəzifəsinə təyin edib. M.Boçarnikov etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq.

M.Boçarnikov bundan öncə Rusiyanın Zambiya, Yunanıstan və Qazaxıstandakı səfiri olub. Səfir rus dilindən başqa, ingilis, fransız və amhar dillərində danışır.

 









Redaktorun seçimi