Əliyevin son çıxışı Paşinyanı çaşdırdı - Prezidentimizin bu qədər sərt olduğunu bilmirdi

5532 dəfə oxunub
Əliyevin son çıxışı Paşinyanı çaşdırdı - Prezidentimizin bu qədər sərt olduğunu bilmirdi

Azərbaycanın dövlət başçısının illərdir dediklərini ermənilər illər sonra etiraf etməyə başladı; “Nəhayət, indi erməni xalqı anlayıb ki, onlara 20 il ərzində kriminal xunta rejimi rəhbərlik edib”

Keçən il əvvəl Serj Sərkisyan “hədəflərini” elan etmişdi. Axı, konstitusiyanı dəyişib, baş nazir kürsüsündə oturmaq niyyətindəydi. Əsas məqsədi də 2040-cı ilə qədər Ermənistan əhalisinin sayını 4 milyon nəfərədək artırmaq idi.

Hakimiyyətdə qaldığı müddətdə təkcə Azərbaycana qarşı deyil, həm də erməni xalqının özünə qarşı yol verdiyi cinayətlərin nəticəsində Ermənistan əhalisini ölkədən qaçmağa vadar edən keçmiş prezident, “üç günlük baş nazir” nakam getdi...

Artıq Sərkisyan ermənilərə qarşı etdiklərinin cavabını almağa başlayıb. İyunun 7-də, Ermənistan parlamentində çıxış edən baş nazir Nikol Paşinyan bildirib ki, hüquq mühafizə orqanlarına 1 mart 2008-ci il hadisələrini yenidən araşdırsınlar. Söhbət Sərkisyanın prezident kürsüsünə sahibləndiyi günlərdə tökdüyü qanlardan gedir. Sərksiyan bu ilin aprelində Paşinyanla görüş zamanı “Siz 1 mart 2008-ci ilin hadisələrindən dərs götürməmisiniz” deyib, görüşü yarımçıq tərk etmişdi. Görünür, Paşinyan ona dərsin nə olduğunu anlatmaq istəyir. Nə isə...

Bunun ardınca BMT hesabat yayaraq bəyan etdi ki, 2050-c ilə qədər 2,7 milyon nəfərə enəcək. Yəni bugünkündən də az. Azərbaycan əhalisinin sayı 11 milyona, Türkiyə əhalisi isə 95,6 milyona çatacaq! Təsəvvür edin, Ermənistan üst-üstə 110 milyona yaxın əhalisi olan iki türk dövlətinin arasında qalacaq.

Serj Sərkisyan 2040-cı ildə Ermənistan ÜDM-nin 50-55%-ə çatacağını da iddia etmişdi. Təsəvvür edin, iqtisadçılar 3-5 illik perspektivləri hesablamağa çətinlik çəkirlər, proqnozlar özünü doğrultmur, bu cani 22-23 ildən sonra ilə bağlı ermənilərə “müjdə” verirdi.

Nəticə ortadadır: Sərkisyanın prezidentliyinin 7 ilində ölkədə doğuş 16% aşağı düşdü. Yəni al, bu da sənə 4 milyon! Ölüm isə kəskin şəkildə artdı. 2008-ci ildən, Sərkisyanın prezidentliyinin ilk ilindən sonadək Ermənistanda əhali 150 min nəfərədək azalıb – 3,1 milyondan 2 milyon 969,9 min nəfərə enib.  Miqrasiya xidmətinin məlumatına görə, son on ildə 346 minə yaxın adam Ermənistanı həmişəlik tərk edib. 2018-ci il aprelin 1-nə olan məlumata görə, Ermənistan əhalisinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 min nəfər azalıb. Təkcə bu ilin əvvəlindən Ermənistanda əhalinin sayı 2,8 min nəfər azalıb, doğum faizi aşağı düşüb.

Картинки по запросу демография в армении

Serj Sərkisyan Ermənistana bunları “qazandırdı”. Bir neçə il əvvəl döşünə döyərək erməni gənclərə “Qarabağı biz aldıq, Ağrının taleyini siz həll edəcəksiniz” deyən Sərkisyan tezliklə törətdiklərinə görə, yad torpağında qırdırdığı erməni gənclərə görə cavab verməli olacaq. (Gün gələcək Azərbaycana qarşı etdiyi cinayətlərin də cəzasını alacaq) Ermənistanı tərk edənlərin böyük əksəriyyəti gənclərdir. Onlar həm də Azərbaycan əsgərinin gülləsinə tuş gəlməmək üçün ordudan yayınıblar, baş götürüb xaricə qaçıblar.

Nikol Paşinyan 7 iyunda parlament tribunasından fərari gənclərə müraciət edib, onları Ermənistana qayıtmağa, orduda xidmət etməyə çağırıb. Rəsmən etiraf edib ki, 15 min erməni gənc hərbi xidmətdən boyun qaçırıb ölkədən getdiyi üçün onlar barədə araşdırmalar başlayıb. Təsəvvür edin, 15 min fərari! Aprel döyüşlərindən sonra ermənilər ordunu komplektləşdirə bilmirdilər, hətta qadınları da ön cəbhəyə apardılar ki, bəlkə gənclərə “ehtiras güc gələr”, orduya yazılalar. Pul mükafatı da vəd etdilər, xeyri olmadı. Artıq erməni xalqının böyük əksəriyyəti dərk edir ki, Qarabağ onlar üçün yalnız məzar olacaq, qonşu ölkənin torpağının işğalda saxlanılması onlara heç vaxt xoşbəxtlik gətirməyəcək.

Картинки по запросу pashinyan parlament 7 iyunya    

Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlara hazır olduğunu bildirib. Təbii, Azərbaycan prezidenti ilə bir masa arxasında oturmaq onun üçün şərəf olardı. Bu mərhələdə o istəyir ki, prezident Sərkisyandan qabağa keçib danışıqlarda özü iştirak etsin, Qarabağ danışıqlarından alət kimi yararlanıb hakimiyyətinin ömrünü uzatsın. Əks təqdirdə, Qarabağla bağlı ciddi addım atmaq istəsəydi, deməzdi ki, “qarabağlı deyiləm, deməli, Dağlıq Qarabağın adından danışıqlar apara bilmərəm”.

Ancaq bu gedişlə Ermənistanı növbəti müsibətlərin gözlədiyini işğalçı ölkənin özündə də dərk edənlər az deyil. Erməni mediasının prezident İlham Əliyevin iyunun 6-da Müqəddəs Ramazan ayı münasibətilə Şeyxülislam Allahşükür Paşazadənin iqamətgahındakı iftar mərasimində dediklərinə xüsusi yer ayırması diqqət çəkir.

Azərbaycan prezidenti həmin mərasimdə belə deyib: “Mən dünyanın ən ali kürsüsündən - BMT kürsüsündən Ermənistanın əvvəlki kriminal rejimini ifşa etmişəm. Onları öz adları ilə çağırmışam. Onları Xocalı soyqırımında ittiham etmişəm, hərbi cinayətlərdə ittiham etmişəm. Ermənistanın əvvəlki hakimiyyətini qaniçən, kriminal, quldur rejim adlandırmışam. Bütün bunlar həqiqətdir. Mən həqiqəti demişəm, indi bu həqiqəti erməni xalqı deyir. Nəhayət, indi erməni xalqı anlayıb ki, onlara 20 il ərzində kriminal xunta rejimi rəhbərlik edib”. Azərbaycan prezidentinin dediklərini Ermənistanın rəsmi qurumları da təsdiqləyir, erməni xalqı da.

Картинки по запросу İlham Əliyev BMT

Ermənistanda bu fikirlərin rusca, ermənicə tirajlanması həm də qəflət yuxusunda olanların, eyforiyaya qapılanların ayıldılması məqsədi güdür, həm də... Çünki Ermənistanın boşalması şəraitində Azərbaycanın daha 20 faiz torpağında “dövlət” qurmağın mümkünsüzlüyünü çoxları anlayır. Hətta Levon Ter-Petrosyan da reallığı dərk edib... Nikol Paşinyanın bu gün Sərkisyanın cinayətlərini araşdırmaq tapşırığı verməsi də Azərbaycan prezidentinin yuxarıdakı fikirlərinin gec də olsa, etirafıdır.

Azərbaycan prezidenti eyni zamanda ümidini ifadə edib ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacaq  və münaqişənin tezliklə həll olunması üçün ciddi işlər görəcək, imitasiya naminə yox, real danışıqlar prosesinə start veriləcək. Prezidentin sözlərinə görə, yalnız bu halda məsələ öz həllini tapa bilər və Qafqaza sülh gələ bilər. “Biz bunu istəyirik, biz münaqişənin həllini tələb edirik, bizim buna haqqımız çatır. Ümid edirik ki, bu məsələ danışıqlar yolu ilə tezliklə öz həllini tapa bilər”.

Azərbaycan prezidentinin illər boyu dilə gətirdiyi xəbərdarlıqları eşitməyən Ermənistan hakimiyyəti həm öz cəzasını aldı, həm də xalqını çıxılmaza saldı. Əgər İrəvan zamanında torpaqların işğalına son versəydi, bu gün ermənilər nə neft-qaz kəmərlərinə, nə dəmir yoluna kənardan həsədlə baxmazdı, nə də erməni gənclərin ömrü yad torpaqlarda qırılmazdı, ya ölkədən didərgin düşməzdilər. Təsəvvür edin, Ermənistan dəmir yolu üçün gah Tehrana əl açır, gah Gürcüstana... Miskin durumdadır bu ölkə.

Картинки по запросу ermənistan miskin

İndi növbəti dəfə Bakıda səslənən xəbərdarlıqlara diqqət edib də, düzgün nəticə çıxartmaq üçün şans yaranıb. Bu gün ağıllı qərar veriləcəksə, qazanan həm də Ermənistan olacaq. Düşmənçilik, işğal, terror ermənilərin məhvinə aparacaq.

Azərbaycan prezidenti Paşinyanı da xəbərdar edib: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Heç bir ölkə Dağlıq Qarabağda mövcud olan kriminal, qondarma rejimi tanımır və əminəm ki, tanımayacaq. Əminəm ki, biz ardıcıl siyasət aparmaqla istədiyimizə nail olacağıq, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik”.

Əslində Azərbaycan prezidenti erməni xalqını qəflət yuxusundan ayılmağa səsləyib. Yəni normal yaşamaq istəyirsinizsə, işğala və işğalçılara siz də “yox” deyin! Qarabağdakı son aksiyalarda kömək üçün Bakıya müraciət edənlər də oldu. Fəlakətlərin miqyası bir az da genişlənərsə, Xankəndidə növbəti “Miatsum” (“birləşmə”) aksiyaları başlaya bilər. Ancaq 30 il əvvəlki kimi Ermənistanla deyil, əvvəlkitək Azərbaycanla birləşmək üçün... Y/M

 


loading...
loading...

Redaktorun seçimi