Paşinyan Bakı qarşısında nokauta düşdü - Lavrov köməyə gəldi

2876 dəfə oxunub
Paşinyan Bakı qarşısında nokauta düşdü - Lavrov köməyə gəldi
Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyan ilə görüşdən sonra keçirilən mətbuat konfransında Dağlıq Qarabağ separatçılarının danışıqlar masasına qaytarılmasına münasibət bildirib.
 
Faktor.az xəbər verir ki, onun sözlərinə görə, erməni həmkarı ilə görüşü uğurla keçib və tərəflər beynəlxalq aləmdə və müxtəlif təşkilatlarda əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər.
 
Lavrov rəsmi Moskvanın mövqeyinin eyni olduğunu deyib.
 
"Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarışında tərəflərə yardım göstərməyə davam edəcək. Münaqişə tərəfləri hansısa mərhələdə "Dağlıq Qarabağ"ın danışıqlarda iştirak etməsi barədə razılığa gəlsələr, biz bu qərara hörmət edəcəyik”.


loading...
loading...

Redaktorun seçimi