Paşinyan: - "İlham Əliyevlə danışıqlara hazıram"

116 dəfə oxunub
Paşinyan: - "İlham Əliyevlə danışıqlara hazıram"
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlara hazır olduğunu deyib.
 
Faktor.az erməni KİV-nə istinadən xəbər verir ki, Paşinyan bunun üçün danışıqların effektivliyini artırmağa çalışdığını deyib.
 
"Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar tərəflərdən biri iştirak etmədikcə tamamilə əhatəli və effektiv olmur. Ermənistan tərəfi Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı görüşlərə 1998-ci ildən sonra başladı. Həmin dövrdən bəri heç bir haqqı olmayan şəxslər də Qarabağ münaqişəsi ilə bağlı müzakirələrdə iştirak edirlər. Lakin mən özümdə o haqqı görmürəm. Çünki bunun üçün siyasi, qanuni və əxlaqi təməllərim yoxdur. Qarabağ xalqı Ermənistan hakimiyyətinin formalaşdırılmasında iştirak etmir. Onun öz hakimiyyəti və prezidenti var".
 
Banu//Faktor.az

 


loading...
loading...

Redaktorun seçimi