Azərbaycan ordusu ermənilərlə sərhəddə çatır - Ruslar xəbər yaydı

7159 dəfə oxunub
Azərbaycan ordusu ermənilərlə sərhəddə çatır - Ruslar xəbər yaydı

Azərbaycan ordusunun Naxçıvan istiqamətində bir neçə yüksəkliyi azad edərək erməni kəndlərinə və Gorus-Laçın yoluna nəzarət etməsi Rusiya mətbuatının diqqətindən yayınmayıb.

Faktor.az xəbər verir ki, Rusiya mətbuatı “Azərbaycan ordusu Ermənistanla sərhədə yaxınlaşır, Qarabağda isə inqilab yetişir. Sülh şansı əriyir. Deyirlər ki, bunun günahkarı Rusiyanın XİN rəhbəri Lavrovdur” sərlövhəli məqalə dərc edib.

Ermənilər bildirir ki, Azərbaycan ordusunun bu həmləsi güc balansını dəyişir. Amma bununla yanaşı, erməni cəmiyyətini aldatmaq üçün “Əsas yüksəkliklər ermənilərdədir” yalanı uydurulub. Ermənilər buna inanır. Çünki 2016-cı ilin aprel döyüşlərində Ermənistan işğal etdiyi torpaqların bir hissəsini itirdi.

Rus mətbuatının fikrinə görə, hazırda münaqişə zonasında baş verənlər bunu deməyə əsas verir ki, Azərbaycan addım-addım itirdiyi torpaqları özünə qaytarır.

Moskva artıq Ermənistanın yeni nazirlər kabinetini bilir. Paşinyan isə Rusiyanı qərb meylli olmamağına inandıra bilməyəcək. Çünki Sorosun qulaqları hər kabinetdə sallanıb. Belə halda Moskva kimə etibar edəcək? Paşinyana yoxsa Əliyevə? Belə halda təbii ki, Moskva Əliyevə inanacaq və etibar edəcək. Amma Rusiyada bunu istəməyən qüvvələr də var və Azərbaycanla Rusiyanın arasını vurmağa çalışacaqlar.

Ümid artıq Azərbaycanadır, Azərbaycan ordusunadır. İki gün ərzində bundan sonra nələrin baş verəcəyi anlaşılacaq.

Banu//Faktor.az


loading...
loading...

Redaktorun seçimi