SON DƏQİQƏ - Terror təşkilatından etiraf: "Geri çəkilirik"

207 dəfə oxunub
SON DƏQİQƏ - Terror təşkilatından etiraf: "Geri çəkilirik"

Terror təşkilatı PKK-nın Suriyadakı qolu YPG “hərbi məsləhətçilər” adlandırdığı terrorçuları Membiçdən çəkəcəyini açıqlayıb.

Faktor.az xəbər verir ki, bu haqda məlumatı Reuters yayıb.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ Xarici İşlər naziri Mayk Pompeo ilə Membiç məsələsini müzakirə edərkən demişdi:

“Membiç üçün yol xəritəsi 3 mərhələdən ibarətdir. İlk mərhələdə hər iki tərəf konfrans keçirəcək. İkinci mərhələdə YPG bölgədən çəkiləcək. Üçüncü mərhələdə isə bölgəni kimin idarə edəcəyinə və təhlükəsizlik məsələlərinə kimin rəhbərlik edəcəyinə qərar veriləcək”.

Çavuşoğlu Membiçdən çəkilərkən YPG-nin silahlarının da alınacağını bildirib.

Digər terror təşkilatı DEAŞ-ın 2016-cı ildə Membiçdən çıxarılmasından sonra bölgəyə yerləşən YPG-lilər ABŞ-ın Türkiyəyə dəfələrlə söz verməsinə baxmayaraq bölgədən çıxmamışdı.

Banu//Faktor.az


loading...
loading...

Redaktorun seçimi