Tramp və Kim Çen görüşünün məqsədi açıqlandı - "Sanksiyalara davam edəcəyik"

163 dəfə oxunub
Tramp və Kim Çen görüşünün məqsədi açıqlandı - "Sanksiyalara davam edəcəyik"

Ağ Ev ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen İn arasındakı ilk görüşün iyunun 12-də Sinqapurda baş tutacağının bildirib.

Faktor.az xəbər verir ki, Ağ Ev sözçüsü Sarah Sanders, görüşlə bağlı bəzi detalları açıqlayıb. Sanders “Tramp hər gün Şimali Koreya ilə bağlı gündəlik brifinqləri alır. Görüş isə 12 iyunda səhər saat 09.00-da başlayacaq” deyib.

Sanders həmçinin Koreya yarımadası nüvə silahından təmizlənənə qədər ABŞ-ın yarımadaya tətbiq etdiyi sanksiyaların qüvvədə qalacağını da açıqlayıb.

Trump isə verdiyi açıqlamada “Bu görüşün hər şeyi həll edəcəyini iddia etmirəm. Heç vaxt bu cür ifadə işlətməmişəm. Bir qədər zaman lazımdır” deyib.

Banu//Faktor.az



Redaktorun seçimi