Bakıya nifrət edən Rüstəm İbrahimbəyov azərbaycanlıları təhqir etdi - Kimsə xalqımıza bu qədər xəyanət etməmişdi

Hit: 4742
Bakıya nifrət edən Rüstəm İbrahimbəyov azərbaycanlıları təhqir etdi - Kimsə xalqımıza bu qədər xəyanət etməmişdi

2015-ci ildə çəkilmiş “Qafqaz üçlüyü” filmində Azərbaycan xalqı vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, ermənilər isə ailicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim olunurlar.

Filmin ssenari müəllifi isə Rüstəm İbrahimbəyov, rejissoru Eldar Şengelaya, Fuad İbrahimbəyovdur.

Filmin başlanğıcında tamaşaçılara azərbaycanlı uşaqın qorxaq obrazı fonunda mərd, gücllü, təmənnasız və geniş ürəkli erməni uşağının obrazı təqdim olunur. 

Azərbaycanda yaşayan erməni əsilli bir şəxsin kənd uşaqları tərəfindən quyuya atılması, daşlanması epizodunun əsas məqsədi “vəhşi azərbaycanlıların” “dinc ermənilərə” qarşı qəddarlığını göstərməkdir.

Filmdə erməninin “cəzalandırılması” aksiyasının sakinlər tərəfindən necə coşqu ilə qarşılandığı və əslində, bu qəddarlığın xalqımızın mentalitetində oturuşduğunu beynəxlaq auditoriyaya təqdim etmək niyyəti aydın özünü büruzə verir.

Hətta öldürülən oğlunun xəbərini almaq niyyətilə Azərbaycana gələn qoca erməninin sonda hava limanında Sərhəd Xidmətinin əməkdaşı tərəfindən necə qəddarcasına döyüldüyü təsvir olunur.

Əkrəm Əylislinin “Daş yuxular” cızmaqarasından sonra Rüstəm İbrahimbəyovun öz xalqına qarşı bu yaramaz, xəyanətkar və şərəfsiz davranışı bütün dünyada azərbaycanlıları ən neqativ fonda təqdim etmək üçün yeni əsas yaradır. Azərbaycanlı tərəfindən “etiraf” olunan bu “həqiqətlər” dünya erməniliyi üçün əsl hədiyyədir.

Heç də istisna deyil ki, bu filmin maliyyə mənbəyi yaxşı araşdırılarsa, bir başa və ya dolayısı ilə ermənilərlə bağlı olduğu üzə çıxar.

Torpaqlarının 20 faizi işğal altında olan, həmin ərazilərdə bütün milli-mədəni irsi dağıdılmış, on minlərlə azərbaycanlının həlak olduğu, uşaqlarının, qadınlarının, qocalarının qəddarcasına, işgəncə ilə qətlə yetirildiyi bir xalqın nümayəndəsinin bu “etirafları” milli xəyanətin, insan mənəviyyətının deqradasiyası və alçalmasının, öz milli köklərinə, xalqına nifrətin bariz nümunəsidir.

Bu film sadə vətəndaşından tutmuş yüksək vəzifəli məmuruna kimi bütün azərbaycanlıları yaramaz kimi təqdim edir. Sanki hazərda 30 min erməninin yaşadığı bir ölkədə hər kəs gecə gündüz bu millətdən olan nümayəndələri tapıb cəzalandırmaq arzusu ilə yaşayır.

“Qəddar” Bakının fonunda isə bütün məsələlərin həll olunduğu, xoşbəxtlik adasını xatırladan, cənnət kimi təsvir olunan Moskva ucaldılır. Azərbaycanda döyülən, söyülən, əzilən, işgəncələrə məruz qalan ermənilər bu şəhərə sığınıb əsl xoşbəxt həyat əldə edirlər.

Rüstəm İbrahimbəyov Bakı ilə Moskvanın kontrastı fonunda öz həyatını təsvir edir: onu inkar edən və lənətləyən Bakı ilə müqayisədə alicənab Moskvanın açdığı imkanları vəsf edir.

Təsadüfi deyil ki, filmdə azərbaycanlı adına yalnız İbrahimbəyovun qohumları və bir də gürcü aktyorlar yer alır. Görünür heç bir azərbaycanlı  belə yaramaz, düşmən layihədə yer almaq istəməyib. 

Müəllif ciddi cəhdlə göstərməyə çalışır ki, Dağlıq Qarabaş münaqişəsinin kökündə ermənilərin türklərə və azərbaycanlılara qarşı nifrəti, onların işğalçılıq iddiası deyil, məhz azərbaycanlıların ermənilərə qarşı dərin nifrəti amili durur.

Bu film Rüstəm İbrahimbəyovun öz xalqının “vəhşi” obrazını yaratmaqla  aşağılaması fonunda şəxsini böyük “humanist” kimi qələmə vermək cəhdidir.

Bu film İbrahimbəyovun azərbaycanlılara və Azərbaycan adına olan hər şeyə dərin nifrətinin və düşmən minasibətinin təzahürüdür.

Bu film Rüstəm İbrahimbəyov kimi düşmən xislətli birisini xalqa “milləti düşünən əzl ziyalı” kimi təqdim etməyə, onu prezident kürsüsünə yüksəltməyə  çalışan “milli şura” adlı qurumun, onun başında duran Əli Kərimli, Cəmil Həsənli və digərlərinin anti-milli və ermənipərəst simasını aydın göstərir.

Görəsən bütün bunlardan sonra kərimlilər və həsənlilər nə deyəcəklər? Xalqın qarşısına çıxıb öz mənfur əməllərinə necə bəraət qazandıracaqlar?

Rüstəm İbrahimbəyovun bu xəyanətkar əməli, onun həmsədri olduğu “milli şura” başçılarının satqın və düşmən  xisləti Azərbaycan cəmiyyətində dərin hiddətə səbəb olub.

İctimaiyyət nümayəndələri, ziyalılar, siyasi partiya, QHT, media nümayəndələri öz xalqına qarşı bu dərəcədə xəyanətkarlıq edən İbrahimbəyovu, onun yaxın ətrafını, o cümlədən də “milli şura” başçılarını sərt tənqid edir və onlara qarşı ciddi tədbir görülməsini tələb edirlər.

http://br.az/politics/20180523090855028.html

Faktor.az









Redaktorun seçimi