Rusiyadan Paşinyana qarşı yeni plan - “Qarabağ kartı” masada
Rusiya Ermənistandakı nüfuzunu saxlamaq üçün alternativ variantlarını işə salmağa hazırlaşır. Kremlin o qədər də etibar etmədiyi yeni hökumətə qarşı oynaya biləcəyi və əvvəldən hazırlanmış “kartlar” arasında Qarabağ məsələsi də var.
Faktor.az teleqraf.com-a istinadən bildirir ki, bu iddia Ermənistan KİV-də ekspertlərin dilindən səsləndirilir.
Erməni mənbələrin iddialarına görə, baş nazir seçildikdən sonra Rusiyaya qarşı ritorikasını sərtləşdirən Nikol Paşinyanın Qərbə meyillənmiş siyasəti Kremli narahat etməyə başlayıb. Üstəgəl, yeni baş nazirin Azərbaycana yönəlik sərt bəyanatlar verməsinin də, Kremlin dəsti-xətti olmadığı müzakirə edilən məsələlər sırasındadır:
Erməni ekspertlər Nikol Paşinyana qarşı işlə salınacaq təzyiq mexanizmləri arasında Qarabağ məsələsinin olduğuna diqqət çəkirlər və ehtimal edirlər ki, əgər yeni baş nazir çəkilmiş “qırmızı xətti” keçsə, Rusiya Azərbaycanı dəstəkləyəcəyi müharibəyə “yaşıl işıq” yandıra bilər.