“Heydər Əliyev 95” kompozisiyası təqdim olunub - FOTOLAR - VİDEO

600 dəfə oxunub
“Heydər Əliyev 95” kompozisiyası təqdim olunub - FOTOLAR - VİDEO

Heydər Əliyev Mərkəzinin binası üzərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə hazırlanmış video instalyasiya təqdim edilib.

Heydər Əliyev Mərkəzindən verilən xəbərə görə, Bakının simvollarından biri, dünyanın modern memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirilən kompozisiya müasir Azərbaycanın memarı olan Heydər Əliyevin Azərbaycana bağlılığını, ölkəmizdəki tərəqqini və ulu öndərə xalq məhəbbətini əks etdirib.

“Xalq Heydər söyləyəcək” mahnısı ilə müşayiət olunan video instalyasiya Azərbaycan Respublikasının bayrağı, ümummilli lider Heydər Əliyevin fotoları və müasir Azərbaycanın fotolarından ibarət olub.

 



Redaktorun seçimi