Ermənistandan SON XƏBƏR: Paşinyanı küçədən parlamentə gətirə bildilər

Hit: 1035
Ermənistandan SON XƏBƏR: Paşinyanı küçədən parlamentə gətirə bildilər

Ermənistanda siyasi böhrandan çıxış yolları qeyri-müəyyən qalır.

Paşinyanı küçədən parlamentə gətirə bildilər.

Bununla mübarizəni konstitusiya çərçivəsinə qaytarmağa çalışırlar. Mayın 1-i parlamentdə baş nazir seçkisidi. Ancaq Nikola görür ki, parlament tərəfindən seçilməsi müşküldü, ona görə küçə resursunu səfərbər saxlayır. Baxmayaraq ki, daxildə ictimai-siyasi vəziyət hər an dəyişir, Azərbaycan XİN-in "yeni sağlam qüvvələrlə sülh danışıqlarına hazır olduğumuz" bəyanatı erməni mətbuatında həftənin ən oxunan xəbərləri arasında qalmaqdadı. Erməni cəmiyəti müharibənin başlanmasından çox narahatdı. Nalbandyan Lavrov görüşünün əsas mövzusu, bildirildiyinə görə, münaqişə zonasında vəziyət olmuşdu. Azərbaycanın müharibə başlamasına bu görüşlərin ya Rusiyanın və ümumən xarici mərkəzlərin real təsirini olduğundan artıq qiymətləndirməyə meyilli deyiləm. Bu kontekstdə əsas Ermənistanda daxili vəziyətdir. Düşmən dövlətdə qarışıqlıq "geriqayıtmama" nöqtəsinə çatmayıb, xarici təhlükəyə qarşı hələki ermənilik tez zamanda səfərbər oluna bilər. Ancaq hakimiyət böhranı nisbətən dinc həll olunsa belə, sonrakı mərhələdə real hakimiyətin, nüfuzun və resursların oturuşmuş klanlar arasında və yeni iddiaçıların da iştirakı ilə yenidən bölünməsi dərin sistem və maraq ziddiyətlərini üzə çıxaracaq. Nəticədə, növbəti mərhələdə, ermənilər uzun sürən daxili çəkişmələrə sürüklənə bilərlər. Bu mərhələ cəmiyətə inqlabdan məyusluq gətirir, insanlar özlərini aldadılmış hesab edirlər və apatiya yaranır. Bu prosesə mane olmamalıyıq. Vəziyət tam yetişməlidi.

Faktor.az









Redaktorun seçimi