İndoneziyada neft quyusunda yanğın: Ölənlər var

Hit: 494
İndoneziyada neft quyusunda yanğın: Ölənlər var

İndoneziyada bir neft quyusunda yanğın nəticəsində 10 nəfər ölüb.

Faktor.az-ın məlumatına görə, İndoneziyanın neft quyusunda baş vermiş yanğın nəticəsində ən azı on nəfər həlak olub, onlarla nəfər yaralanıb. Qeyd edək ki, yanğın üç evin hamısını tamamilə məhv edib. Yanğın hələ də söndürülməyib. Agentliyin verdiyi məlumata görə, hadisə nəticəsində neft dağılması baş verib. Döküntü miqdarı hələ də mütəxəssislər tərəfindən qiymətləndirilir. Polis hesab edir ki, yaxın günlərdə ölümlərin sayı artacaq. Hazırda yanğının səbəbi dəqiq bilinmir. Daha əvvəl bildirildi ki, İndoneziyanın Aceh əyalətində qeyri-leqal neft hasilatı aparılmış quyuda bir yanğın olub.

Kamran Əliyev // Faktor.az









Redaktorun seçimi