ABŞ-dan Ermənistana çağırış

Hit: 655
ABŞ-dan Ermənistana çağırış

ABŞ Dövlət Departamenti Ermənistanı konstruktiv dialoqa çağırıb.

Faktor.az-ın məlumatına görə, ABŞ Ermənistanın bütün tərəflərini konstruktiv dialoqa çağırır. Bunu Dövlət Departamentinin sözçüsü Hiter Noret deyib. "Önümüzdəki günlər, yeni bir hökumət qurma prosesinə başlayan Ermeni xalqı və seçilmiş liderləri üçün tarixi bir andır. Noret, açıqlamasında, bütün partiyaları, qanun çərçivəsində  dinc bir şəkildə keçidini təmin etmək üçün Ermənistan Konstitusiyası çərçivəsində konstruktiv dialoqa səsləyib. O, ABŞ-ın yeni hökumətlə bir çox sahələrdə sıx əməkdaşlıq etməyə hazır olduğunu qeyd edib. Bundan əvvəl Yerevanda etiraz aksiyalarını təşkil edən müxalifət hərəkatının lideri, Ermənistan Parlamentinin deputatı Nikol Paşinyan qey edib ki, əgər xalq "ona etimad göstərsə"  baş nazir olmağa hazır olduğunu bildirib. Aprelin 23-də Ermənistan prezidenti Armen Sarkisyan hökumətin istefasını qəbul etdi. Baş nazir vəzifəsini icra edən baş nazirin birinci müavini Karen Karapetyan icra edir.

Kamran Əliyev // Faktor.az









Redaktorun seçimi