AŞPA-da İŞİD əleyhinə qətnamə qəbul edildi

Hit: 668
AŞPA-da İŞİD əleyhinə qətnamə qəbul edildi

AŞPA-nın yaz sessiyasında “İŞİD terrorçu qrupunun maliyyələşməsi: öyrəndiyimiz dərslər” adlı qətnamə qəbul edilib.

Faktor.az “Report”a istinadən xəbər verir ki, qətnamədə bildirilir ki, bu terror təhlükəsinə qarşı bütün ölkələr birləşməli və yaxından əməkdaşlıq etməlidir. Qətnamədə terrorizmin həllinin asanlıqla başa gələn məsələ olmadığı və bu dəhşətli ideologiyanın yayılmasının qarşısının alınmasının yalnız beynəlxalq təşkilatların, habelə Avropa Şurasının dəstəyi ilə mümkünlüyü bildirilir.

Sənəddə göstərilir ki, İŞİD-in İraqda və Suriyada məğlubiyyətə uğraması terrorçu qrupun fəaliyyətinin bitməsi demək deyil. Onun özünü yenidən fərqli formalarda göstərməsi ehtimalı mövcuddur. Bu səbəbdən, onun keçmişdə istifadə etdiyi maliyyə mənbələrinə yenidən üz tuta bilməməsinə zəmanət yaratmaq vacibdir.

Faktor.az









Redaktorun seçimi