İspaniyanın Baş naziri Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb

Hit: 476
İspaniyanın Baş naziri Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb

İspaniyanın Baş naziri Mariano Rahoy Brey Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Faktor.az-ın xəbərinə görə, təbrik mətnində deyilir:

“Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi İspaniya hökuməti adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Sizə prezidentliyinizin yeni dönəmində daha böyük uğurlar arzu edirəm. Zati-aliləri, Sizi əmin edirəm ki, İspaniya ölkələrimiz arasındakı yaxşı və səmimi münasibətlərin daha da dərinləşdirilməsi, eləcə də Avropa İttifaqı ilə əlaqələrin gücləndirilməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək.

Cənab Prezident, ən xoş arzularımı və yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.









Redaktorun seçimi