Hüseyn Abdullayev saxlanılaraq Azərbaycana gətirildi

Hit: 787
Hüseyn Abdullayev saxlanılaraq Azərbaycana gətirildi

Bir neçə ildir ki, Almaniyada yaşayan keçmiş deputat, biznesmen “Quska” ləqəbli Hüseyn Abdullayev həbs edilərək Azərbaycana gətirilib.

Bu barədə “Qafqazinfo”ya özəl mənbələrdən məlumat daxil olub.

Məlumata görə, Azərbaycan tərəfindən vergi cinayətlərində ittiham olunaraq beynəlxalq axtarışa verilən Abdullayev ötən gün Türkiyədə olarkən saxlanılıb.

O bu gün təyyarə ilə Azərbaycana gətirilib və istintaq təhvil verilib.

Xatırladaq ki, H. Abdullayev bir neçə ildirki Almaniyada siyasi sığınacaq almışdı və orada yaşayırdı.

Faktor.az









Redaktorun seçimi