ABŞ Dövlət Departamenti Rusiya və Çini “qeyri-stabil” güc adlandırdı

Hit: 683
ABŞ Dövlət Departamenti Rusiya və Çini  “qeyri-stabil” güc adlandırdı

ABŞ Dövlət Departamenti Rusiya və Çini  “qeyri-stabil” güc adlandırdı

Faktor.az-ın məlumatına görə, Rusiya, Çin, İran və Şimali Koreyada insan hüquqları pozulur və bu qlobal təhdidə çevrilib.

Bu məlumat Dövlət Departamentinin dünyada insan hüquqları ilə bağlı illik hesabatına istinadən verilir.

Dövlət Katibi vəzifəsinin səlahiyyətlərini yerinə yetirən Con Sallivan qeyd edib ki, Çin, Rusiya, İran və Şimali Koreya hakimiyyəti gündəlik olaraq insan hüquqlarını pozurlar nəticədə onlar  “qeyri-stabil” ölkələr hesab olunurlar.

Onun sözlərinə görə, bir sıra ölkələr var ki, vətəndaşlarının təhlükəsizliyini qoruya bilmir və vətəndaşlarının əsas təlabatlarını qarşılaya bilmədiyi halda digər ölkələr sadəcə bunu istəmirlər.

Bundan əvvəl məlumat verildiyi kimi ABŞ hərbi hava qüvvələri  Rusiya və Çinin nüvə silahının məhdudlaşması barədə araşdırma aparacaqlar.

Kamran Əliyev // Faktor.az









Redaktorun seçimi