Almaniya ABŞ-ın Rusiyaya qarşı sanksiyasından narahatdır

Hit: 456
Almaniya ABŞ-ın Rusiyaya qarşı sanksiyasından narahatdır

Almaniya ABŞ-ın Rusiyaya qarşı sanksiyasından narahatdır.

Faktor.az-ın xəbərinə görə, Almaniya Nazirlər Kabinetinin rəsmisi Ştefan Zayberq qeyd edib ki, ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan narahatdır və bu Almaniya sənayesinə çox pis təsir edir.

“Bu sanksiyalar bizim şirkətlərə, sənayemizə, işçi qüvvəmizə təsir edəcəksə öz narahatçılığımızı bildirəcəyik”.

Onun sözlərinə görə tədbiq olunacaq sanksiyalar ABŞ ilə Avropa İttifaqı arasında müzakirə olunmalıdır. Bundan əvvəl Zayberq qeyd edib ki aprelin 27-i Almaniya kansleri Angela Merkel  və ABŞ prezidenti Donald Tramp arasında “Şimal axını” layihəsi müzakirə olunacaq.

Kamran Əliyev // Faktor.az

 

 









Redaktorun seçimi