Sergey Lavrov Suriyanın dağılmasını qəbuledilməz sayır

Hit: 624
Sergey Lavrov Suriyanın dağılmasını qəbuledilməz sayır

Sergey Lavrov Suriyanın dağılmasını qəbuledilməz sayır.

Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Avstriyalı həmkar Karin Knaysl ilə mətbuat konfransında vurğulayıb ki, Suriyanı dağıtmaq cəhdləri Rusiya tərəfindən qəbuledilməzdir.

O, hazırda qüvvədə olan Suriya ilə bağlı 2254 saylı qətnaməni xatırladıb.

Bu qətnamədə deyilir ki, Suriya vahid və bölünməzdir. Ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməlidir.

Lavrovun dediyinıə görə suriyalılar heç kimin müdaxiləsi olmadan özlərinin və ölkənin taleyini müəyyənləşdirməlidirlər.

Nazir qeyd edib ki, onların göstərdikləri fəaliyyət bu məqsədə çatmaqdır.  “Biz Suriyanın dağılmasını və orada regiona daxil olmayan güclərin orada olmasını qəbul etmirik. Bu söhbəti gedən razılaşmalara ziddir”.

Fevral ayında Rusiya Xarici İşlər Nazirliyi Suriyanı bölmək cəhdləri ilə bağlı öz narahatlığını bildirmişdi.

Kamran Əliyev // Faktor.az

 

 









Redaktorun seçimi