Baş nazir kim olacaq? - Nəhayət, bu da sualın cavabı

Hit: 11202
Baş nazir kim olacaq? - Nəhayət, bu da sualın cavabı
Aprelin 18-dən İlham Əliyevin yeni prezidentlik dönəmi başlayıb. Prezident aprelin 18-də Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında sərəncam imzalayıb. Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək nazirlərin səlahiyyətləri saxlanıb.
 
Təhlilçilərin proqnozlarına görə, Nazirlər Kabinetinin köhnə üzvlərinin ən azı 3-də ikisinin əvvəlki vəzifələrində saxlanacağı gözlənilir. Çıxdaş edilməsi gözlənilənlərin sayı isə bir neçə nəfərdir. İstefaya getmiş sayılan Nazirlər Kabineti üzvlərinin bəzilərinin yeni hökumətdə yer alıb-almayacaqlarının həyəcanının yaşayırlar. Baş Nazirin kim olması isə hələ də sual altındadır. 
Faktor.Az saytına açıqlamasdında deputat Fazil Mustafa Nazirlər Kabinetinin Azərbaycan Respublikasının idarəçiliyində elə bir əhəmiyyəti olmadığını vurğuladı:
 
"Bu cür suallara bizim cavab verməyimiz düzgün deyil. O baxımdan ki, biz proqnozla hərəkət etmirik. Prezidentin müstəsna səlahiyyəti var. Mən bilmirəm ki, onun mülahizəsi necədir. Naziri hansı keyfiyyətlərə görə seçəcək. Təcrübəyə üstünlük versə, Artur Rəsizadə qalacaq. Yenilik nəzərdə tutursa, demək ki, o çıxarılacaq. Ona görə də, bunu mənim söyləməyim bir o qədər, əsas deyil. Hər iki ehtimal var, lakin getmə ehtimalı daha çoxdur. Mətbuatda bu ehtimal çox hallandırılırsa, ola bilər ki, yaşa görə və başqa məsələlərə görə gedə bilər. Bu artıq prezidentin səlahiyyətində olan bir şeydir. Mənim öz fikrimə görə isə, beynimdə tamam başqa cür struktur var. Düşünürəm ki, tamam fərqli və yeni bir struktur qurmaq lazımdır. Çünki Nazirlər kabinetinin mövcudluğu Azərbaycanın idarə olunmasında elə də güclü bir rola malik deyil. Ona görə də Nazirlər Kabinet əlavə struktur və ştatlardır. Mən daha fərqli model qurardım. Lakin indiki iqtidarın fərqli baxışı var. Ona görə bizim model haqqında danışmağın bir mənası yoxdur".








Redaktorun seçimi