Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Şimali Koreyaya gedib

Hit: 563
Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Şimali Koreyaya gedib

Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Şimali Koreyaya gedib

Faktor.az-ın məlumatına görə, Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri  və ABŞ Dövlət Katibliyinə namizəd olan Mayk Pampeo Pasxa bayramından sonra Şimali Koreyaya gedərək Kim Çen In ilə görüşüb.

Səfər ilə bağlı məlumat Donald Trampın “Şimali Koreya ilə birbaşa yüksək səviyyədə danışıqlar davam edir” açıqlamasından sonra bəlli olub.

Görüşlər Donald Trampla Kim Çen In arasında baş tutacaq tarixi sammitə hazırlıq xarakteri daşıyır. Tramp təklif edib ki, danışıqlar ya İyun ayının əvvəli ya da ondan sonra baş tutsun.

Kamran Əliyev // Faktor.az

 









Redaktorun seçimi