Terrorçu hakimiyyət xalqa demokratiya vəd edə bilməz - İrəvandan son görüntü

Hit: 32
Terrorçu hakimiyyət xalqa demokratiya vəd edə bilməz - İrəvandan son görüntü
Ermənistanda keçmiş prezident Serj Sarkasiyana qarşı etiraz aksiyaları davam edir. 
 
Faktor.Az xəbər verir ki, baş nazirə qarşı keçirilən mitinqi "Mənim addımım" təşəbbüs qrupu təşkil edib.
 
Ermənistanda ciddi siyasi proseslər yaşanır və bu da şübhəsiz ki, insan hüquqlarının pozulması ilə müşahidə olunur.
 
Bildiyiniz kimi Ermənistan işğalçı dövlətdir və onlar Azərbaycan torpaqlarını işğal etməklə yanaşı öz daxilində formalaşmış qəddar hakimiyyətə qarşı etiraz edən insanlara da zor tətbiq edirlər.
 
Nəticədə nə baş verir? Qanuni etiraz hüququ olan şəxs döyülür, meydanlara yığılan insanlar vəhşicəsinə dağıdılır.
Qarabağ klanının daha dəqiq desək, Sarkisyan və tərəfdaşları tərəfindən  yenidən qəsb olunur. Bütün bunlar çox təəssüf ki, Beynəlxalq aləmin nəzərindən kənarda qalır.
Bilinən bir həqiqət var ki, demokratiyanın pozulduğu bir ölkə terroru dəstəkləyən ölkədir. Ermənistanda hazırda vəziyyət bu həddədir.
 
Vəziyyəti diqqətlə analiz etsəniz, müşahidə edərsiniz ki, Ermənistan hakimiyyəti siyasi oyunlarında xalqı da alətə çevirir. Burda həm insan hüquqları pozulur, həm iğtişaşlar baş verir və qarşıdurma yaranır. Ermənistanda əhalinin yaşayışı çox aşağıhəddədir. İnsanlar əvvəlki illərlə müqayisədə daha kütləvi şəkildə ölkəni tərk etməyə başlayır.
 
Ölkə ətrafında ciddi-gərgin vəziyyət yaranır. Sarkisyan bu vəziyyətdən nəticə çıxarmayıb ölkəni qəsb etməyə davam edir. Sarkisyan hər zaman olduğu kimi Azərbaycan torpaqlarına da qəsd etməyə davam edir.
 
Bu cür yarıtmaz  hakimiyyətin olduğu dövlətdə xalqın demokratiyadan kənarda qalması, durumunun iqtisadi inkişafda geriləməsi, yaşanan iqtisadi böhranın daha da dərinləşməsi mövzudur.
 
Qonşuları ilə  xarici əməkdaşlığı pis olan ölkənin, daxilində yaranan münaqişələr günümüzün əsas mövzusudur. Hesab edirik ki, tezliklə Ermənistan hakimiyyəti bunu anlamasa da, erməni xalqı başa düşəcək ki, bu cür terrorçu hakimiyyət xalqa xoşbəxt gələcək vəd edə bilməz.
 
Həmçinin, Sarkisyan ölkənin taleyini bir neçə xarici və qonşu ölkələrin ümidinə buraxıb. 
 
Gülnar
 








Redaktorun seçimi