Sabaha böyük SÜRPRİZ: Artur Rasizadə və müavinləri vəzifələrini itirir, bu komitə və nazirliklər ləğv edilir - AÇIQLAMA

Hit: 7403
Sabaha böyük SÜRPRİZ: Artur Rasizadə  və müavinləri vəzifələrini itirir, bu komitə və nazirliklər ləğv edilir - AÇIQLAMA

Bəzi nazirliklərin ləğv olunması və ya birləşdirilməsi gözlənilir.

Bu sözləri Faktor.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

"Bəzi dəyişikliklərin olması ehtimalı var. Ola bilər, bəzi nazirliklər, komitələr birləşdirilsin. İlkin ehtimala görə, baş nazir və baş nazirin müavinləri vəzifələrində dəyişiklik olmalıdır. Eyni zamanda Gömrük Komitəsinin Vergilər Nazirliyinə birləşdirilməsi ilə bağlı qərar qəbul oluna bilər.  Həmçinin, Fövqəladə Hallar Nazirliyinin statusunun dəyişdirilməsi ilə bağlı qərar verilə bilər. Ola bilər ki, bu nazirlik yenidən dövlət idarəsi statusu alsın", - deyə N.Cəfərli qeyd edib.

Faktor.az

 









Redaktorun seçimi