Azərbaycan ATƏT-in üzvlüyündən imtina edəcəkmi? - Açıqlama

Hit: 429
Azərbaycan ATƏT-in üzvlüyündən imtina edəcəkmi? - Açıqlama
Parlament iclasında Azərbaycanın ATƏT-dən çıxması ilə bağlı müzakirlər yer alıb. 
 
Qeyd edək ki, bu müzakirələrə səbəb ATƏT-in Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı hesabatı səbəb olub.
Faktor.Az saytına açıqlamasında politoloq Qabil Hüseynli bildirib ki, bu cür etirazlar olsa da, Azərbaycanın ATƏT-dən ayrılması onun nüfuzuna zərər vura bilər:
"Mən bu ehtimalı görmürəm. ATƏT BMT-dən sonra dünyada nüfuzlu təşkilatlardan biridir. Azərbaycanın ATƏT-ə üzv olması tarixi hadisədir. Bu gün bir neçə adamın seçkilərin nəticəsi ilə bağlı hesabata görə ATƏT-ə acığı tutması heç yaxşı hal deyil. Bu hadisə bütövlükdə Azərbaycanın dünya miqyasında təklənməsinə gətirib çıxarar.  Düzdür, etirazlar səsləndirilməlidir. ATƏT-in monitorinq komitəsinə iradlar bildirlməlidir. Amma bu nüfuzlu təşkilatla ayrılmağa gətirib çıxarmamalıdır. Azərbaycan əksinə, beynəlxalq əlaqələrini genişlətməlidir və bu rolu da beynəlxalq təşkilatlar vasitəsilə həyata keçirməlidir. Səsləndirilən iradlarla da razılaşmamaq mümkün deyil". 
 
Lalə Niftaliyeva








Redaktorun seçimi