Rusiyadan Fransaya - SƏRT CAVAB

Hit: 600
Rusiyadan Fransaya - SƏRT CAVAB

“Biz bu əməliyyatlar nəticəsində Türkiyə ilə Rusiyanı ayırdıq. Türkiyə əvvəlcə aviazərbələri qınasa da, sonradan bu hücumu dəstəklədi”.

Faktor.az-ın xəbərinə görə, bunu Fransa prezidenti Emmanuel Makron ABŞ və İngiltərə ilə birlikdə Suriyaya endirdikləri zərbədən sonra deyib.

Bu gün isə Rusiya dövlət başçısı Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Fransa prezidentinin bu sözlərinə sərt cavab verib.

O, Türkiyə ilə Rusiyanı heç kimin bölmədiyini, sadəcə bəzi mövzularda iki ölkə arasında fikir ayrılığının olduğunu bildirib.

O, həmçinin bu məsələnin Rusiya-Türkiyə münasibətlərinə heç bir xələl gətirməyəcəyini qeyd edib.

Nigar Cəfərli // Faktor.az









Redaktorun seçimi