Dünya ŞOKDA! - İranın İsrailə hücumu gözlənilir

Hit: 611
Dünya ŞOKDA! - İranın İsrailə hücumu gözlənilir

Livanın Hizbullaha yaxınlığı ilə tanınan mətbuat orqanlarından olan “Al Akhbar” İsrailin bir həftə əvvəl Suriyada təşkil etdiyi hücum barəsində İranın mövqeyindən yazıb.

Məlumata görə, İran hökuməti tezliklə İsrailə qarşılıq verəcək.

Qəzetdə, həmçinin İranın bu mövzuda heç bir müttəfiqə ehtiyac duymadığı və cavabı tək verəcəyi qeyd edilib.

Qeyd edək ki, İsrailin Suriyaya təşkil etdiyi aviazərbələr nəticəsində İran ordusunun 7 əsgəri şəhid olub.

Kamran Əliyev // Faktor.az









Redaktorun seçimi