3 gün sonra prezident AND İÇİR - Bu nazirlər təlaşdadır- Onlar yeni komandada olmayacaq...

Hit: 5913
3 gün sonra prezident AND İÇİR - Bu nazirlər təlaşdadır- Onlar yeni komandada olmayacaq...

Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 11-də keçirilmiş prezident seçkilərinə yekun vurub. Seçki Məcəlləsinin tələblərinə əsasən, MSK-nın seçkilərin nəticələrini təsdiqləmək üçün Konstitusiya Məhkəməsinə göndərib. Seçkilərin yekun nəticələrinə əsasən, hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,02 faizini toplayıb.


Gununsesi info xəbər verir ki, Konstitusiya Məhkəməsi Plenumu isə sabah – arelin 17-də prezident seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı iclas keçirəcək.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən modern.az-a bildirilib ki, iclas aprelin 17-də saat 15:00-a təyin edilib. 

İstisna olunmur ki, Konstitusiya Məhkəməsi Plenumu sabah seçkinin nəticələrini təsdiqləyəcək.

Konstitusiya Məhkəməsi seçkinin yekunlarını rəsmən elan etdikdən 3 gün sonra isə prezident seçilmiş şəxs Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içməlidir.

Konstitusiyasının 116-cı maddəsinə görə, yeni seçilmiş Azərbaycan Respublikasının prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa verəcək.
Qeyd edək ki, Nazirlər Kabinetinə Baş nazir, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildir.

Yuxarı dairələrə yaxın mənbənin Modern.az-a verdiyi məlumata görə, yeni formalaşacaq iqtidar komandasının tərkibində xeyli dəyişiklik ediləcək.

Hətta bu dəyişikliklərə işarə kimi mətbuatda da silsilə yazılar tirajlanmaqdadır. Bu baxımdan rəhbər vəzifədə olan şəxslərin ayrı-ayrı nazirlikləri və nazirləri tənqid etməsinin təsadüfi olmadığı deyilir.

Bildirilir ki, adları rüşvət və korrupsiya faktlarında, qalmaqallarda hallanan, xalqı talayan, reputasiyası korlanmış nazirlərə “qırmızı kart” göstəriləcək. Hətta bununla bağlı nazirlərə xəbərdarlıq edildiyi də vurğulanır. Yüksək postu tutan şəxslərin “qırmızı kart” görməmək üçün müxtəlif vasitələrə əl atdıqları gələn söyləntilər arasındadır. Amma mənbəmiz bildirir ki, tənqidlərdən nəticə çıxarmayanlar, yeni komandada istənilməyən şəxslər iradələrindən asılı olmayaraq “oyundankənar vəziyyət”ə salınacaq…









Redaktorun seçimi