İlham Əliyev: Biz Putinlə çox yaxınıq, nəsə olsa, şəxsi nömrələrimizdən bir-birimizə zəng edirik

1939 dəfə oxunub
İlham Əliyev: Biz Putinlə çox yaxınıq, nəsə olsa, şəxsi nömrələrimizdən bir-birimizə zəng edirik

“Rusiya prezidenti ilə aramızda yaranmış qarşılıqlı etimada söykənən münasibətlər və tez-tez keçirdiyimiz görüşlər iki dövlət arasında münasibətlərin möhkəmlənməsinə imkan yaradır”.

Faktor.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev TASS-ın baş direktorunun müavini Mixail Qusmana müsahibəsində deyib. Müsahibədən seçmələri TASS yayır.

“Bizim prezident Vladimir Vladimiroviç Putinlə şəxsi münasibətlərimiz ikitərəfli münasibətlərin uğurlu inkişafı üçün mühüm amillərdən biridir. Bizim tez-tez keçirdiyimiz görüşlər, ikitərəfli formatda, çoxtərəfli formatda təmaslarımız ikitərəfli münasibətlərimizin möhkəmlənməsinə, qarşılıqlı anlaşmaya imkan verir”-prezident Əliyev deyib.

Azərbaycan prezidenti Əlavə edib ki, onunla Putin arasında çox etibarlı münasibətlər var. “Bizim aramızda qapalı mövzu yoxdur. Əgər bizim müdaxiləmizi tələb edən hansısa suallar meydana çıxırsa hökmən zəngləşirik və ya görüşürük, tabeçiliyimizdə olanlardan kiminsə yol verdiyi natarazlığı nizamlayırıq”-Azərbaycan prezidenti qeyd edib.

İlham Əliyevin sözlərinə görə, bu amil ikitərəfli münasibətlərdə mühüm amildir və dövlətlərarası əməkdaşlıqda çox vacib rol oynayır.

“Fikrimcə daha çox bizim şəxsi, qarşılıqlı etimada söykənən münasibətlərimizin sayəsində münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə qaldıra bilmişik. Hansı ki, bu haqda həm Rusiya, həm Azərbaycan bəyan edir”-İlham Əliyev vurğulayıb.

Faktor.az 



Redaktorun seçimi