ABŞ bayrağı Peterburqdakı Amerika Baş konsulluğunun binasından çıxarıldı

195 dəfə oxunub
ABŞ bayrağı Peterburqdakı Amerika Baş konsulluğunun binasından çıxarıldı

ABŞ-ın dövlət bayrağı Rusiyanın Sankt-Peterburq şəhərindəki Amerika Baş konsulluğunun binasından çıxarılıb.

Bu barədə RİA “Novosti” məlumat yayıb.

Bundan əvvəl bildirilib ki, ABŞ Baş konsulluğunun binasından mebel və qutular daşınmağa başlanıb. Eyni zamanda, konsulluq ərazisində ilk diplomatik qeydiyyat nişanlı avtomobillər çıxıb.

Martın 29-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, diplomatik korpusun 60 əməkdaşı həftə ərzində Rusiya ərazisini tərk etməlidir.

Faktor.az


loading...
loading...

Redaktorun seçimi