Afrində 9 kənd terrorçulardan azad edildi

Hit: 342
Afrində 9 kənd terrorçulardan azad edildi

Afrində davam edən “Zeytun budağı” əməliyyatı çərçivəsində Türkiyə silahlı qüvvələri Azad Suriya Ordusunun dəstələri ilə birgə daha doqquz kəndi və üç strateji yüksəkliyi terrorçulardan təmizləyib.

Faktor.az “Anadolu” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə baş ordu qərargahı məlumat yayıb.

Məlumata görə, Yuxarı və Aşağı Meski, Cinderes rayonunun 524 və 544-cü yüksəklikləri terrorçulardan azad edilib. Bundan başqa Şeyx Bilal, Küçük Meydan, Kürdanə, Aşağı və Yuxarı Gülgən, Kokan və Darkir, həmçinin 801-ci yüksəkliyin yaraqlılardan təmizləndiyi bildirilir.

Afrinda “Zeytun budağı” əməliyyatı başlanandan bəri 218 kənd və 44 strateji yüksəklik terrorçulardan azad edilib.

Faktor.az









Redaktorun seçimi