Lavrov Məmmədyarovla - Qarabağ münaqişəsi haqqında danışdı

Hit: 665
Lavrov Məmmədyarovla - Qarabağ münaqişəsi haqqında danışdı
Azərbaycan və Rusiya xarici işlər nazirləri Elmar Məmmədyarov və Sergey Lavrovun telefon danışığı zamanı hansı məsələləri müzakirə etdikləri məlum olub.
 
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev  bildirib ki, telefon danışığı əsnasında nazirlər regional və beynəlxalq gündəliyə aid mövzular, o cümlədən Xəzər dənizinin hüquqi statusu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar aparıb və ikitərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar. 
 
XİN rəsmisi ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycana səfər vaxtını da açıqlayıb. Onun sözlərinə görə, səfər fevralın 6-da baş tutacaq. Ayın 7-də isə rəsmi görüşlər olacaq.








Redaktorun seçimi