Cəmi üç saata ordumuz Göyçə, İrəvan, Şuşa və Gorusa girə bilər - Komandirdən ilginc detallar

Hit: 3723
Cəmi üç saata ordumuz Göyçə, İrəvan, Şuşa və Gorusa girə bilər - Komandirdən ilginc detallar

Ötən ilin aprel mühaurbəsindən sonra 25 ildə Ermənistanın mövqelərinə yaxın davranan ATƏT MQ və güclü erməni lobbisinin, İran və Rusiyanın birbaşa təzyiqi ilə Azərbaycan tərəfi təkrar masaya gətirildi və Ermənistanla danışıqlara qaldığı yerdən davam edildi.

İki ilə yaxın bir müddətdə münaqişə ilə bağlı bir addım da irəli getmək mümkün olmayıb.

Status-kvonu uzatmaq kimə və nəyə xidmət edir:

Hərbi ekspert Nazim Bayram hesab edir ki, danışıqlara qayıdıb, Azərbaycanı “neprav” çıxartdılar, təmas xəttində ATƏT-in müşahidəçi qrupunu çoxaltmaq, monitorinqlər keçirmək, videomüşahidə və s. texniki vasitələrlə atəşkəsin qorunmasına yönəlik təklifləri danışıqlar predmeti etdilər. Status-kvo dəyişmədi. Beləliklə, nəticəsiz danışıqlar davam edir. Hazırda ermənilər, əvvəlcə Aİ ilə saziş bağlamaq üçün, aprel ayına qədər isə parlament sisteminə tam keçincə, danışıqlarda fəallıq göstərməklə vaxt udurlar. Bu, gözlənilən idi. Diplomatiyamız növbəti dəfə erməni oyununa uydu. Qətiyyət görünmür”.

Ekspert haqsız da deyil, çünki nəticəyə yönəlik uğursuzluqdan tərpənmək mümükün olmayıb.

O zaman ümid qalır müharibə variantına.

İndi isə əsas sual budur: Niyə müharibə üçün tərəddüd edirik?

Silah var, ordu təchiz edilib. Bütün savaş metodları üçün texniki və nəzəri üstünlüklərə malikik.

Hətta ən detallı olaraq, bu haqda  daha bir keçmiş hərbçi düşüncələrini paylaşıb:

“Siyasətlə bundan artığını etmək mümkün olmadı, çünki hazırkı diplomatik yanaşma ermənilərin masaya qayıtmağına böyük iş  kimi baxır.

Bu çox zəif mövqedir.

Aprel savaşı ortaya dəqiq analizlər üçün mənzərə yeri qoydu.

Ermənilrə hücum edib, ərazilərimizi qısa müddətə azad etsək, nə olacaq ki?

  • Ruslar hücum etməyəcək..

Torpaqları azad edib, danışıqlara dönək.

Azərbaycan ordusu hücum etsə, lap Ermənistandakı Rus qoşunlarını da əlavə etsək, aktiv əgər sayları 5000-ə yaxındır.

Hamısının da hücumda iştirakı mümkün deyil. Türkiyə sərhəddi, Naxçıvan bölmələri var, gücü də kifayət qədər. Hərbi müqayisə rəqəmlərini diqqətli oxucu onsuz da bilir.

İndi isə keçək beynəlxlaq qınaqlara. İsraillə münasibətlər mükəmməldir. Dünyadakı nüfuzu bizə həm müharibə, həm də sonrakı dövr üçü həlledici ola bilər.

Cəmi iki həftəyə müharibəni bitirmək mümkündür. Naxçıvandan 3 saata Sisiyan, Gorus və Qarabağı mühasirə etmək mümkündür.

Qarabağ cəbhəsi isə başqa məsələdir. Ermənistanla sərhəd təkcə Qarabağ və Naxçıvandan ibarət deyil.

Gədəbəy, Tovuz, Daşkəsəndən Göyçə cəbhəsi açmaq çox asandır. Bundan 24 il əvvəl aparılan Başkənd əməliyyatından Göyçəni qaytarmaq elə də  çətin məsələ deyildi.

Bu cür xərçəngə bənzər üsulla özümüzdən qat-qat zəif olan düşmən ölkəylə masaya oturmaq…

İl 2017…

2018- nə qədər insan Qarabağ, vətən deyə-deyə gözlərini yumur.

A24.az 









Redaktorun seçimi