Azərbaycan prezidenti Moskvaya gedəcək

Hit: 861
Azərbaycan prezidenti Moskvaya gedəcək

Sabah Moskvada MDB ölkələrinin dövlət başçılarının qeyri-formal görüşü baş tutacaq. 

Bu barədə Oxu.Az Kremlin mətbuat xidmətinə istinadən xəbər verir. 

“Görüşdə Rusiyanın 2017-ci ildə MDB-yə sədrliyinə yekun vurulması və müxtəlif sahələrdə gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılması gözlənilir”, - deyə məlumatda bildirilir.

Toplantıda Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sarkisyan, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Moldova prezidenti İqor Dodon, Özbəkistan prezidenti Şövkət Mirziyoyev, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov, Tacikistan prezidenti Emomali Rahmon iştirak edəcəklər. 

Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov isə görüşə qatılmayacaq.

Faktor.az









Redaktorun seçimi