İsrail XİN: Səfirliklərin Qüdsə köçürülməsinə dair 10-dan çox ölkə ilə danışıqlar aparılır

Hit: 660
İsrail XİN: Səfirliklərin Qüdsə köçürülməsinə dair 10-dan çox ölkə ilə danışıqlar aparılır

İsrail Qüdsü İsrailin paytaxtı kimi tanınması və səfirliklərin Tel-Əvivdən bu şəhərə köçürülməsinə dair 10-dan çox ölkə ilə danışıqlar aparır.

Faktor.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu İsrail xarici işlər nazirinin müavini Sipi Xotoveli bildirib.

“Mən təsdiqləyə bilərəm ki, söhbət 10-dan çox ölkədən gedir. Biz hər bir ölkə ilə ayrı-ayrılıqda işləyirik. Onların arasında Avropa ölkələri də var”, deyə S.Xotoveli qeyd edib.

Faktor.az









Redaktorun seçimi