ABŞ Qüdslə bağlı qətnaməyə veto qoydu
ABŞ BMT-nin Təhlükəsizlik Şurasında Misirin Qüdsün İsrailin paytaxtı kimi tanınmasına qarşı qətnaməsinə veto qoyub.
Sənəddə Qüdsün İsrailin paytaxtı kimi tanınmasının təəssüf doğurduğu bildirilib. Qətnamədə ABŞ-ın adı olmayıb.
Sənədə əsasən, Qüdsün statusuna dair hər hansı qərar hüquqi qüvvəyə malik deyil və ləğv edilməlidir.